Xəzər Xəbər

Əli Əhmədov: Məcburi köçkünlərin yaşadıqları ictimai binalarda təhlükəsizlik tədbirləri görülür - VİDEO

Veb TV | 19:09 • 25 May 2019
Əli Əhmədov: Məcburi köçkünlərin yaşadıqları ictimai binalarda təhlükəsizlik tədbirləri görülür -

Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadıqları ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasında 28 May- Respublika günü münasibətilə keçirilən tədbirdə deyib.

Əli Əhmədov bildirib ki, məcburi köçkünlərin yaşadıqları ictimai binalarda bir neçə dəfə xoşagəlməz hadisələr baş verib. Ona görə də bu binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir.

Azərbaycan Xalq Cümhuriyyətindən də danışan Əli Əhmədov deyib ki, 101 il əvvəl yaranmış ilk respublikamız ilə bugünkü müstəqil Azərbaycanın arasında ciddi əlaqə var.

Qeyd edək ki, tədbirdə "Son İclas'' filmi də nümayiş olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar