İngilis şərhçi Mxitaryanın Bakıya gətirilməməsinin ƏSL SƏBƏBİNİ AÇDI - VİDEO

24.05.2019 18:54

Geniş auditoriyaya malik ''ESPN''idman kanalındaUEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçında Arsenalkomandasının oyunçusu henrix mxitaryanın iştirak etməməsi müzakirə olunub. Peşəkar futbol mütəxxəsisi Stiv Nikol, Arsenalın erməni oyunçu Mxitaryanı Bakıdakı oyuna gətirməkdə niyə maraqlı olmadığını açıqlayıb. O bildirib ki, Henrix Mxitaryan komandası üçün o qədər də yüksək performans sərgiləyən oyunçu deyil.

''Henrix Mxitaryanın Bakıda keçiriləcək final oyununda meydana çıxmaması komandası üçün böyük itki sayıla bilməz.''

Böyük Britaniyanın ''ESPN''kanalı "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlməməsi və bu məsələ ətrafında yayılan iddialarla bağlı veriliş hazırlayıb. Şərhçilər Stiv Nikol və Ross Dayer siyasi məsələlərdənkənar, birbaşayarımmüdafiəçi Henrix Mxitaryanın performansını müzakirəyə çıxarıblar. Mxitaryanın finaloyunda iştirak etməməsi Arsenal üçün itkidirmi? sualına idman şərhçisi Stiv Nikol səmimi bir cavab verib. O, Mxitaryanıno qədər də güclü futbolçu olmadığını və ehtiyat heyətdə oturduğunu açıqlayıb.

''ESPN'' şərhçisiqeyd edib ki, bu oyunda iştirak etməmək Mxitaryan üçün faciədir.Stiv Nikol həmçinin, oyunu boykot etmək çağırışlarının düzgün olmadığını vurğulayıb . Qeyd edib ki, Bakıda keçiriləcək final oyunu baş tutmalıdır.

''ESPN'' 1979-ci ildə yayıma başlayan və 40-a yaxın ölkədə yayım edən dünyaca məşhur idman kanalıdır.

© xezerxeber.az

FOTOQALERIYA






273 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR