Şagirdlər üçün yay düşərgəsi neçəyə başa gəlir? - VİDEO

22.05.2019 20:36

Vaxtilə məktəblilərin yay tətilini təşkil etmək üçün bütün sovet məkanında düşərgələr fəaliyyət göstərirdi. Hansı ki, belə məkanlarda uşaqların tətili səmərəli şəkildə təşkil olunurdu. Son zamanlar bu ənənə yenidən bərpa olunur. Bəzi valideyn övladını bölgələrdə ,bəziləri isə xaricdə təşkil olunan yay düşərgələrinə göndərir. Qiymətlər isə təxminən 500 manatdan başlayır.

Tətildəövladlarının vaxtlarını daha səmərəli keçirməsi və istirahətini təşkil etmək üçün bir sıra valideynlər onları yay düşərgələrinə göndərir.

Sovet dövründə məktəblilərin böyük əksəriyyəti istirahətinin vahid qaydada təşkil olunan yay düşərgələrində keçirirdisə indi vəziyyət fərqlidi. Hazırda yay düşərgələri daha çoxözəl şirkətlər tərəfindən həyata keçirilir. qiymətlər isə14 gün üçün 500-manatdan başlayır.

Düşərgələrədaha çox aşağı sinif şagirdləri müraciət etdiyindən təhlükəsizlik məsələləri də xüsusi önəm kəsb edir. Yay düşərgələri təşkil olunarkən əsas üstünlük şagirdlərin dil bilgilərinin inkişaf etdirilməsinə ,idman və istirahətlə yanaşı biliklərinin artırılmasına verilir.

Yay istirahətini bölgələrdəki düşərgələrdə keçirənlərlə yanaşı xaricə üz tutanlar da az deyil.Burda isə valideynlər övladlarını daha çox Avropa ölkələrinəgöndərməyə üstünlük verirlər.

Onu da qeyd edək ki,dövlət müəssisələrində də düşərgələr təşkil olunur.Burda da şagirdlərin vaxtlarını daha səmərli keçirməsi üçün qoruqlara ekoloji turlar və tarixi abidələrə ekskursiyalarla yanaşı xarici dil kursları təşkil olunur.

© xezerxeber.az


379 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR