Telman Əliyevin ailəsi dünənki görüş haqqında danışdı - VİDEO

22.05.2019 20:09

Dünən hər kəs bu ailəni yaxından tanıdı. Paytaxtın Kürdəxanı qəsəbəsində yaşayan Əliyevlər ailəsinin qapısı döyüləndə gələn qonaqlarının kim olduğunu heç kim bilmirdi. Bəli gələn qonaqlar Birinci Vitse-Prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva idi. Bu gün "Xəzər Xəbər" Telman Əliyevin ailəsinin təssüratlarını öyrənib. 1 saat davam edən sohbət zamanı Birinci Vitse-Prezident, kəndlə maraqlanıb ,yollara məktəbə baxıb.

Bunu , Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dünən kürdəxanı qəsəbəsində qonaq olduğu evin gəlini Nərmin Əliyeva deyib.Onun sözlərinə görə, Mehriban Əliyevanın onların evində qonaq olması ailələri üçün böyük hədiyyə olub.

Ailə başçısı Telman Əliyev evdə olmadığından onun həyat yoldaşı, oğlu, gəlini və nəvələri ilə söhbətləşdik. Söhbət əsnasında bildirdi ki, Telman Əliyev Birinci vitse-prezident Mehriban Əliyevaya Kürdəxanı haqqında geniş məlumat verib. Kənd yollarının bərpa olunmasına ehtiyac olduğunu bildirib.

Təxminən, bir saat süfrə arxasında söhbət edildikdən sonra Telman Əliyev Mehriban Əliyevaya dini kitablar hədiyyə edib.Ailə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qonaq gəlmələrinə görə bir daha onlara təşəkkür edib.

Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Birinci vitse-prezident ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət etmişdilər.

© xezerxeber.az

FOTOQALERIYA






382 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR