İnternetdən sifariş verərkən ehtiyyatlı olun - Sizində başınıza gələ bilər - VİDEO

22.05.2019 19:50

Elan saytlarında müxtəlif adlardan istifadə edən şəxs Qəbələ sakinini aldadıb. Mətbəx mebeli quraşdırmaq adı ilə 800 manat pul alan şəxs yoxa çıxıb. Məlum olub ki, həmin şəxs həmin saytdaadını ve nömresini deyişməkle yenə insanları aldatmağa cəhd edib.

Qəbələ sakini Briliyant Mustafayeva fırıldaqçılıqla üzləşib. Ondan evə mebel qurşadırmaq adı ilə 800 manat pul alan fırıldaqçıların nə izi var, nə də tozu.

Briliyant Mustafayeva evinə mətbəx mebeli yığdırmaq üçün elan saytlarında axtarışa başlayıb. Saytda tapdığı bir mobil nömrə ilə əlaqə saxlayıb.

Bundan 3-4 gün sonra həmin şəxs telefonları söndürüb, saytdakı elanı isə silib.

Məlum olub ki, özünü fəqli adlarla təqdim edən şəxs Bərdə rayonunun Kətəlpara kəndindən olan Hüseynov Xəyal Salman oğludur. Bundan sonra həmin şəxs polis şöbəsinə aparılıb və izzahatı alınıb. Xəyal Hüseynov söz verib ki, aprelin 25-ə qədər mətbəx mebelini gətirib quraşdıracaq. Lakin 1 aydan artıq vaxt keçməsinə baxmayaraq ondan xəbər yoxdur.

Deyilən iddialarla bağlı Xəyal Hüseynovla əlaqə saxlamağa çalışdıq. Telefonları bağlı olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmadı.

© xezerxeber.az

FOTOQALERIYA






241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR