Sumqayıtda uşaq bağçası yandı - Uşaqlar təxliyə olundu - VİDEO

22.05.2019 18:02

Sumqayıtda uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə bildiriblər ki, hadisə nəticəsində ümumi sahəsi 50 kvadratmetr olan bir otağın 30 kvadratmetri yanıb, qalan hissəsi qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR