Qarqar çayı daşması təhlükə yaratdı - Köməksiz qalan çobanlar xilas olundu - VİDEO

22.05.2019 18:53

Ağdamda Qarqar çayının daşması nəticəsində yaranan sel ciddi təhlükəyaradıb. Təsərrüfatları sel suları basıb. Örüş sahəsindəköməksiz vəziyyətdə qalan çobanlar və 500-ə yaxın xırdabuynuzlu heyvanı isə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.

Ağdam rayonunda çayın daşması çobanların və qoyun sürüsününörüş yerindən qayıtmasına əngəl olub.

Yerli sakinlər"112" qaynarxəttinə dərhal məlumat veriblər. Qarqarçay çayında suyun səviyyəsi kəskin artmasınəticəsində çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfərçoban Səbuhi gülməmədov və Zirvə Muradov ,eləcədə 480 baş qoyun köməksiz vəziyyətdə qalıb.

Fövqəladə hallar nazirliyinin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.

© xezerxeber.az

FOTOQALERIYA






224 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR