Gələcəyin uçan taksisi belə olacaq - VİDEO

22.05.2019 15:37

Uçan taksilər dünyanın müxtəlif iri şəhərlərində2025-ci ilə kimi istismara veriləcək.

Bu haqda "Lilium” uçan aparatını istehsal edən şirkətin rəsmi nümayəndəsi Oliver Volker-Cons "RİA Novosti”yə verdiyi açıqlamada bildirib.

"2025-ci ildə dünyanın bir neçə şəhərində istismara start verməyi planlaşdırırıq. Habelə bəzi yaşayış məntəqələrində xidmət daha erkən işə salınacaq. Müxtəlif şəhər hökumətləri bizim layihəyə böyük maraq göstərir. Hələ ki, uçan taksi xidmətlərini harada göstərəcəyimizi müəyyənləşdirməmişik”, -deyə rəsmi nümayəndə bildirib.

O həmçinin bildirib ki, aerotaksi analoji məsafələrə sərnişindaşıma üzrə digər nəqliyyat vasitələrinə qiymətdə rəqabət yarada biləcək.

Bundan əvvəl Münhenin "Lilium” startap şirkəti uçan taksinin prototipinin uğurlu sınaqlarını gerçəkləşdirib. Aparat 36 elektrik reaktiv mühərriklə təchiz olunub. Bu uçan aparatın şaquli şəkildə qalxıb enməsinə imkan verir.

Beş oturacaqlı aerotaksinin sükanı, quyruq hissəsi və propellerləri yoxdur. "Lilium” 300 kilometrə qədər sürət yığa bilir, bir uçuşa maksimum 300 kilometr məsafəni qət edə bilir.

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR