Müğənni Kərimi küçənin ortasında döydülər - VİDEO

21.05.2019 19:07

Avtomobildən düşən şəxs müğənni Kərim Abbasova hücum edir.

Kadrlardan aydın olur ki, həmin şəxs müğənnini yumruqlayaraq döyür.

Görüntülər ötən gün paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində müğənninin özü tərəfindən çəkilib. Zərərçəkmiş Kərim Abbasov deyir ki, ailəsi ilə Goradil qəsəbəsindən şəhərə doğru gələrkən yolda tanımadığı bir sürücü ilə tıxacda yol üstündə mübahisəsi düşüb. Mübahisə zamanı, müğənni iddia edir ki, sürücü onu söyüb ailəsinin yanında təhqir edib.

Digər sürücülərin köməyi ilə həmin şəxs avtomobilini yoldan çəkib. Kərim Abbasov həmin şəxsin onu təhqir etməsini mobil telefon vasitəsi ilə çəkdiyini görən kimi avtomobildən düşüb ona hücum edir. Müğənninin sözlərinə görə, həmin şəxs onun küçənin ortasında insanların gözü qarşısında döyüb. Kərim Abbasov iddia edir ki, həmin şəxs onun başına 8-9 yumruq zərbəsi vurub.

Hadisədən sonra Kərim Abbasov ''102'' xidmətinə məlumat verib. Əraz üzrə 4-cü polis şöbəsinin əməkdaşları müğənni ilə görüşüb onun izzahatın alıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, Elşad Hacıyev bildirib ki, araşdırmalar zamanı Kərim Abbasovla hücum edən şəxsin Bakı şəhəri, Nəsimi rayon sakini, 35 yaşlı Elvin Ramazanov olduğu müəyyən edilib. Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






440 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR