Su sayğacından hava çıxır - VİDEO

21.05.2019 19:49

Abşeron rayon Qobustan kənd sakinləri uzun müddət susuzluqdan əziyyət çəkiblər. Sonradan kəndə su xətləri çəkilib. Ancaq bu dəfə sakinlərin başına başqa iş gəlib. Belə ki, hər dəfə xəttə su buraxılanda sayğacdan hava çıxır. Yəni sakinlər xətdən çıxan havaya görə də pul ödəməli olurlar. Əməkdaşlarımız məsələ ilə bağlı Azərsu-dan münasibət öyrəniblər.

Sayğac quraşdırılıb, xətdən su əvəzinə hava gəlir. Ayın sonunda isə sakinlər su işlətmədikləri halda xeyli borc ödəmək məcburiyyətində qalırlar.

Görüntülər Abşeron rayonun Qobustan kəndindəndir. Sakinlər deyirlər ki, kəndə bir il əvvəl yeni su xətti çəkilərək sayğac quraşdırılıb və kənd su ilə təmin edilib. Ancaq son 1 ayda həmin xətdən su əvəzinə hava gəlir. Bu da sakinlərə ciddi ziyan vurur.

Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyatı təşkilatlara müraciət etsələr də, hələ ki məsələ həllini tapmayıb.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məsələyə aydınlıq gətirərək bildirdi ki, həmin kəndə yeni su xətti çəkilib və ərazi qrafikli rejim əsasında içməli su ilə təmin olunur. Qrafik rejimdə su verildiyinə görə fasilə yarandıqdan sonra yenidən nasoslar vasitəsi ilə xəttə su vurulanda ola bilər ki, borudan bir müddət hava gəlsin və bu da qısamüddətli olur.

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR