Güclü külək bu rayonlarda fəsadlar törətdi - VİDEO

20.05.2019 19:33

Ötən axşam qəfil başlayan güclü külək ölkə ərazisində fəsadlar törədib. Gəncə şəhəri, həmçinin Daşkəsən, Şəmkir və İsmayıllı rayonlarında ağaclar və elektrik dirəkləri aşıb. Gəncədə aşan ağaclar maşınların üstünə düşüb. Zaqatalada isə küləklə bərabər dolu da ziyan vurub.

Gecə saatlarında başlayan güclü külək fəsadlar törədib. Bir neçə şəhər və rayonda təsərrüfatlara xeyli ziyan dəyib...

Gəncədə küləyin fəsadları daha ciddi olub. Şəhərin müxtəlif yerlərində işıq dirəkləri və ağacları külək aşırıb. Nəticədə elektrik xətləri qırılıb və enerji verilişi dayandırılıb. Şəhərdə ən çox ziyan 3-cü mkr. ərazisində olub. Küləyin aşırdığı ağaclarmaşınları əzib.

Aidiyyatı qurumlar gecədən işlərə başlayıb. Aşan elektrik dirəkləri və ağaclar götürülüb. Külək eyni zamanda Təhsil İdman Mərkəzinin Gəncə filialının binasının dam örtüyünü də qopararaq atıb.

Güclü külək Daşkəsən və Şəmkir rayonlarında da fəsadlara səbəb olub. Elektrik enerjisinin verilişində fasilə yaransa da, sonradan problem aradan qaldırılıb.

İsmayıllıda da küləyə görə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. İrigövdəli ağaclarkökündən çıxaraq yola aşıb. Bəzi evlərin damları uçub.

Rayon ərazisində elektrikdə baş vermiş fasilələr aradan qaldırılıb. Agaclar kəsilərək yollardan uzaqlaşdırılıb.

Zaqatalada isə güclü küləklə müşayiət olunan dolu yağıb. Nəticədə rayon mərkəzi daxil olmaqla, bir çox ərazilərdə irigövdəli ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb. Rayon mərkəzində bir neçə yaşayış binasının və fərdi evlərin dam ortüyünü külək aparıb. Yağan dolu təsərrüfatlara da ziyan vurub. Elektrik və rabitə xətlərində yaranan problemlər aradan qaldırılıb. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri həmin ərazilərə baxış keçiriblər. Dəymiş ziyan araşdırılır.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR