Mingəçevir əhalisi qorxu içindədir: ilanlar evlərə daraşıb - VİDEO

20.05.2019 19:18

Mingəçevirdə Turbaza adlanan ərazidə yaşayan məcburi köçkünlərin məskunlaşdığı yerə ilanlar daraşıb. Bu ilan növləri arasında zəhərli olanlar da var. Sakinlər bundan narahatdır.

Ən kiçiyinin uzunluğu 1 metrdən artıqdır. Ölüsü belə görənləri vahiməyə salır.

Mingəçevirdə gürzə,və digər zəhərli ilanlar sanki ərazidə yaşayanların ev heyvanına çevrilib.Şəhərin Turbaza adlanan ərazisində yaşayan məcburi köçkünlər həyətdə,evdə, hətta toyuq hinində belə ilanlarla rastlaşırlar. Zəhərli canlılar uşaqları, yaşlıları qorxutmaqla yanaşı, toyuq-cücəni də məhv edir. Ərazidə yaşayanlar bildirir ki, gün ərzində 4-5 ilan öldürlər.

Sakinlər zəhərli ilanları kənardan görəndə belə vahimələndiklərini deyirlər. 20 ildən artıqdır Mingəçevirin "Turbaza" adlanan ərazisində məskunlaşan Ağdam, Laçın və Kəlbəcərdən olan məcburi köçkünlər sürünənlərin aktivləşməsindən narahatdırlar. Zərhərli canlılar hər an sakinlərə zərər vura bilər.

Sakinlər sürünənlərdən qorunmaq üçün pəncərələrə, qapıya yaxın hissələrə müxtəlif alətlər qoyurlar.Məsələ ilə bağlı adiyyatı qurumlara müraciyyət olunub.Mingəçevir dezinfeksiya idarəsinin baş həkimi Tahir Sadıqov "XəzərXəbər”ə bildirib ki,həmin ərazidə dərmanlama işləri aparılıb.Yenidən əraziyə baxış keçirilib dərmanlanma aparılacaq.

© xezerxeber.az


402 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR