Cəlilabadda bitkilər arasında kütləvi zərərvericilər yayılıb - VİDEO

20.05.2019 18:57

Cəlilabadda tırtıl zərərvericiləri yayılıb.

İlkin mərhələdə alaq otlarının yarpaqlarını yeyənzərərvericilər artıqəkin sahələrinə də keçib. Yaşıllıqları talan edən zərərvericilər xiyar sahələrinə də yayılıb.

Bitkilərin yarpaqlarını sürətlə yeyən tırtırlar tez bir zamanda bir sahədən digərlərinə keçir. Fermerlərin sözlərinə görə, zərərvericilərə qarşı kimiyəvi dərmanlardan istifadə etsələr də nəticəsi olmayıb. Zərərvericilər azalmaq əvəzinə daha da artır.

Məsələ ilə bağlı Cəlilabad bitki mühafizə idarəsindən bildirdilərki, movcud zərərvericilərin inkişafı hər onildən bir pik mərhələyə çatır. Mövsümün əvvəlindən havaların yağıntılı keçməsi tırtırların inkişafı üçün mümbüt zəmin yaradıb. Qurumdan o da bildirildi ki, sözügedən canlılar qarantin zərəvericiləri olmadığı üçün onların zərərsizləşdirlməsini hər bir torpaq sahibi öz vəsaiti hesabına aparmalıdır.

© xezerxeber.az

FOTOQALERIYA






127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR