Manatın məzənnəsi ilə bağlı narahatlıq yoxdur - AÇIQLAMA - VİDEO

16.05.2019 19:45

Manatın məzənnəsi üçün heç bir narahatlıq yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədr müavini Alim Quliyev deyib.

O bildirib ki, məzənnənin sabit qalması üçün bütün makroiqtisadi əsaslar var.

Alim Quliyev "2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrasından da danışıb. O qeyd edib ki, proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Banklar Assosiasiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi birgə fəaliyyət göstərir. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün də Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində sözügedən qurumlar arasında Analşma Memorandumu imzalanıb.

Mərkəzi Bankın sədr müavini problemli kreditlərlə bağlı verilən kompensasiyalardan da danışaraq qeyd edib ki, artıq kompensasiyaların 84 %-i ödənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR