"Ayaks" 34-cü dəfə Hollandiya çempionu oldu - VİDEO

16.05.2019 12:41

Hollandiya Erediviziyasında 2018/19 mövsümün başa çatıb.

Sonuncu - 34-cü turda "Ayaks" səfərdə "De Qrafsap"ı 4:1 hesabı ilə məğlub edib və çempion olub. Bu, Amsterdam təmsilçisinin 34-cü Hollandiya çempionluğu olub.

Erik ten Haqın yetirmələri ən yaxın izləyicisi PSV-ni 3 xal qabaqlayıb.

"Ayaks" Erediviziyada sonuncu dəfə 2013/14 mövsümünün qalibi olmuşdu.

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR