ABŞ-da sərnişin qoca kişini avtobusdan yıxaraq öldürdü - VİDEO

16.05.2019 11:45

ABŞ-ın Las-Veqas şəhərində ahıl kişini avtobusdan yıxan qadınaqarşı adamöldürmə maddəsilə cinayət işi açılıb

25 yaşlı Kadeşa Bişopun 74 yaşlı qocaya qarşı zor tətbiq etməsi nəticəsində sonuncu hadisə yerində həyatını itirib.

Hadisənin müşahidə kamerasına düşmüş görüntüsü "Liveleak” portalında yayılıb.

Şahidlərin dediyinə görə, cinayətkar avtobusda özünü aqressiv aparıb və sərnişinləri təhqir edib. Qocanın ona reaksiya verməsindən sonra özündən çıxaraq onu çıxışdan aşağıya doğru itələyib. Başı üstdə səkiyə dəyən qoca dərhal dünyasını dəyişib.

oxu.az

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR