Məktəblərə nəzarət gücləndirilir - VİDEO

15.05.2019 20:15

Məktəblərə nəzarətin güclənməsi üçün yeni tələb qoyulacaq.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, dövlət tərəfindən "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" yaradılacaq. Şagird və müəllimlər haqqında bütün məlumatlar bu sistemə daxil ediləcək.

Millət vəkili Asim Mollazadənin fikrincə, bu sistemin yaradılması təhsil sahəsində dövlətin vəzifələrindən biri olacaq.

Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmalıdır. Bu, təhsil müəssisələrinin fəaliyyətinə nəzarətin güclənməsinə, təhsil alanlar və müəllimlər barədə daha dəqiq informasiya bazasının formalaşmasına xidmət edəcək.

Millət vəkilinin sözlərinə görə, bu sistemdə valideynlərin də rolunun artırılması istiqamətində işlər görüləcək.

Hazırda layihə üzərində işlər davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






359 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR