Monenin əsəri rekord qiymətə satıldı

15.05.2019 13:12

Fransalı impressionist rəssam Klod Monenin "Taya” adlı əsəri Nyu-Yorkun "Sotbi” hərrac evində rekord qiymətə -110,7 milyon dollara satılıb.

Bu barədə" RİA Novosti” məlumat yayıb.

Bu rəsm sənətkarın həmin silsilədən olan "Quru ot tayası” adlı rəsminin rekordunu yeniləyib. Sonuncu 2016-cı ilin noyabr ayında "Kristiz” hərrac evində 81,4 milyon dollara "çəkic altı”na gəlmişdi.

Mone Jiverni (Fransa) şəhərindəki evinə köçdüdən sonra bu silsilədən olan 30-a yaxın rəsm çəkib.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR