Güclü dolu təsərrüfatlara ciddi ziyan vurub - Məhsuldarlıq xeyli aşağı düşüb - VİDEO

14.05.2019 19:43

Ötən gün şimal bölgəsinə yağan dolu təsərrüfatlara ziyan vurub.

Xezerxeber.az-ın məlumatına görə, dolu Quba və Xaçmaz rayonlarında 10-dan çox kənddə təsirli olsa da, əsas ziyan Qubanın Hacıhüseynli kəndi və Gənclər qəsəbəsində qeydə alınıb. Həmin yaşayış məntəqələrində meyvə və əkin sahələri ziyan görüb.

Kənd sakinləri deyirlər ki, günün ikinci yarısından sonra hava dəyişərək dolu yağmağa başlayıb. Yağıntı gilas, alça, fındıq, ərik və alma başlarına, həmçinin əkin sahələrinə ziyan vurub.

Rayon İcra hakimiyyətlərindən verilən məlumata görə, sakinlərdən yağıntı ilə bağlı hansısa bir ziyanın dəydiyi haqqında müraciət daxil olmayıb. Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət Qurbanov isə "Xəzər Xəbər"ə bildirib ki, dolunun yağdığı bəzi kəndlərdə məhsuldarlıq 30, bəzilərində isə 90 faiz aşağı düşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR