Bakıda 5 yerüstü piyada keçidi tikilir - VİDEO

14.05.2019 19:39

Mərdəkan-Buzovna yolundan istifadə edən piyadaların keçid problemi həll olunur.

Xatırladaq ki, bu yolda piyadaların vurulması ilə nəticələnən qəzalar çox olurdu. Artıq ərazidə yerüstü keçidin tikilməsinə başlanılıb. Ancaq bu, Bakıda tikilməkdə olan yeganə keçid deyil...

Xezerxeber.az-ın məlumatına görə, Mərdəkan-Buzovna yolunun Buzovna qəsəbəsindən keçən hissəsinə yaxın yaşayan sakinlər ərazidə piyada keçidinin olmamasından əziyyət çəkirlər. Onların sözlərinə görə, sürətli yolda dəfələrlə piyadaların vurulması ilə nəticələnən yol- nəqliyyat hadisələri baş verib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, ərazidəki mövcud problemi nəzərə alaraq yolda yerüstü piyada keçidinin tikintisinə başlanılıb. Keçid istifadəyə verildikdən sonra piyadaların problemi həll olunacaq.

Anar Nəcəfli qeyd edib ki, ümumilikdə, paytaxt ərazisində 5 yeni yerüstü piyada keçidinin tikintisi aparılır.

Bütün piyada keçidlərinin bu ilin sonuna kimi tikilib başa çatdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR