Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bazarlarda satılan nərəcinsli balıqların böyük hissəsi xaricdən gətirilir - AÇIQLAMA - VİDEO

14.05.2019 19:52

Nərəcinsli balıqların kütləvi şəkildə ovlanması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, qayığın içərisi nərə balığı ilə doludur. Hətta bu azmış kimi dənizə atılan torda isə daha böyük bir balıq tutularaq çıxarılmağa çalışılır.

Xezerxeber.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Su Nəqliyyatında Polis İdarəsinin bölmə rəisi Elmir Süleymanov deyib ki, bu görüntülər araşdırlıb və onun ölkəmizdə lentə alınmadığı məlum olub.

Elmir Süleymanov bildirib ki, paytaxt bazarlarında satılan nərə balıqların böyük hissəsi xaricdən gətirilir. Onun sözlərinə görə, nərə balığının ovlanması və bazarlarda satılmasına ciddi nəzarət edilir.

Ümumiyyətlə, nərə balığının ovlanmasını və satılmasını həyata keçirən şəxslər cinayət məsuliyyəti daşıyır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR