Bakıda ağır yol qəzası baş verdi, piyada öldü - VİDEO

25.04.2019 20:21

Gecə Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Təyin olunmayan yerdən keçən piyadanı avtomobil vurub. Ağır xəsarət alan şəxs ölüb. Yevlaxda da ölümlə nəticələnən qəza olub. Daxili İşlər Nazirliyi isə Bakıda müxtəlif vaxtarda baş verən qəzaların görüntülərini yayıb.

Təyin olunmayan yerdən keçən piyadanı avtomobil vurub.

Ölümlə nəticələnən ağır qəza Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində baş verib. Minik avtomobil yolun piyada üçün təyin olunmamış hissəsindən keçən 55 yaşlı Mais Babayevi vurub. Nəticədə kişi yerindəcə keçinib. İlkin məlumata əsasən, dünyasını dəyişən şəxs yaxınlığda yerləşən şadlıq evindən çıxıb, yolu keçmək istəyib.

Hadisə yerinə Abşeron rayonu polis idarəsinin əməkdaşları cəlb olunub. Meyit məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb.

Yevlaxda isə avtobus 7 yaşlı qızı vuraraq öldürüb. Hadisə Rayonun Qoyunbinəsi kəndi ərazisində baş verib. Yolu keçmək istəyən 7 yaşlı kənd sakini Ləman Əsgərovanı Adil Qasımov idarə etdiyi avtobuslavuraraq ağır xəsarət yetirib. Yaralı dərhal rayon xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq azyaşlını xilas etmək mümkün olmayıb.

Bakıda isə baş verən dəhşətli yol qəzalarının görüntüləri yayılıb. Görüntülər daxili işlər nazirliyinin rəsmi instaqram hesabında yerləşdirilib. görüntlərdə ani diqqətsizlik, sürətt həddi, piyada ehtiyatsızılığı ucbatından baş verən qəzalar əks olunub. müxtəlif vaxtlarda çəkilən dəhşətli qəzaların əks olunduğu görüntülərin sonunda nazirlik vətəndaşlara yol hərəkəti qaydalarına riaəyət edilməsi ilə bağlı müraciət edib.

© xezerxeber.az


306 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR