Traktorun köməyi ilə dahi rəssamın şəklini hazırladı - VİDEO

25.04.2019 16:22

İtalyan fermer Dario Qambarin traktorun köməyi ilə dahi 2,5 ha sahədə Leonardo da Vinçinin portretini yaradıb.

Ona bu iş üçün 8 saat vaxt lazım olub. Bütün proses dronun köməyi ilə yaddaşa köçürülüb.

«Dario məhz Da Vinçinin portretini çəkməyə qərara alıb, çünki bir neçə gündən sonra Renesans dövrünün məşhur rəssamının ölümünün 500 illiyi qeyd olunacaq», - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Dario Qambarin Roma Papası və məşhur siyasətçilərin traktorla hazırladığı rəsmləri ilə məşhurdur./faktxəbər

© xezerxeber.az


311 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR