Sürücülərin nəzərinə! Parklama qaydaları müəyyənləşdi - VİDEO

24.04.2019 19:49

Yol kənarlarındakı binalarda yaşayanlara avtomobillərin pulsuz parklanması üçün talon veriləcək. Talon3 il qüvvədə olacaq. Fərdi parklanma talonlarının alınması üçün ödəniş tələb edilmir. Təbii ki, bu bütün binalarda yaşayanlara aid deyil. Sıradaki xəbərimizdə yeni qaydanın kimlərə şamil edildiyindən xəbərdar olacaqsız.

Bəzi avtomobil sahiblərinə 3 il müddətinə fərdi parklanma talonu veriləcək.Söhbət yolların kənarlarında 100 metr məsafədə yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin sürücülərindən gedir.Nazirlər Kabineti bununla bağlı qərar verib.

Sənədə əsasən yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi fərdi parklanma talonlarının uçotunu aparır.

Nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə,talonunun verildiyi şəxsin yaşayış yeri dəyişdikdə talon qüvvədən düşür.Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur.

Fərdi parklanma talonuna dair məlumatlar Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür.Bu məqsədlə ərizə, şəxsiyyət vəsiqəsinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti və ya skan edilmiş forması kimi sənədlər tələb edilir.

© xezerxeber.az

FOTOQALERIYA






320 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR