“Erməni soyqırımı" iddiası əsassız və yalandır - VİDEO

24.04.2019 19:33

"Ermənilərdən Türkiyəyə və Azərbaycana qarşı məkirli niyyətlər üçün istifadə edirlər. Biz birləşməli, ermənilərə qarşı birgə mübarizə aparmalıyıq"...

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov "Uydurma erməni soyqırımı: Həqiqətlər və yalanlar" adlı dəyirmi Masada deyib. Yeni Azərbaycan Partiyasının qərargahındakeçirilən tədbirdə hökumət nümayəndələri, Millət vəkilləri, tarixçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, bəşəriyyət erməni yalanları ilə üz-üzədir. Ermənilər daim Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış ediblər. Onların tarixdəki böyük yalanlarından biri də qondarma "Erməni Soyqırımı" məsələsidir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə bildirib ki, əsl həqiqətlərin ortaya çıxması üçün Türkiyə arxivlərini açmağa hazırdır. Bu ən yüksək səviyyələrdə dəfələrlə dilə gətirilib.

Çıxışlarda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin və birgə fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.

© xezerxeber.az


286 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR