Türkiyəyə qarşı PKK daxilində "Erməni batalyonu” yaradıldı - VİDEO

24.04.2019 19:26

Suriya və Livanda yaşayan ermənilərin bir qismi PKK terror təşkilatının tərkibində silahlı qrup yaradıblar. Onların məqsədiTürkiyəyə qarşı döyüşməkdir. Ancaq onların Dağlıq Qarabağ bölgəsində və digər işğal edilmiş Azərbaycan torpaqlarında da fəaliyyət göstərəcəyi şübhə doğurmur.

Terrorçu PKK qruplaşmasının Suriyadakı YPG/PYD adlı qolları Türkiyəyə qarşı vuruşmaq üçün Suriya və Livanda yaşayan ermənilərdən ibarət silahlı dəstə yaradıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb. Dəstə üzvləri 1915-ci ildə Osmanlı dövlətindən "köçürülən" ermənilərin törəmələri olduqlarını bildiriblər. Silahlı qruplaşma aprelin 24-dən fəaliyyətə başladığını elan edib. silahlı dəstəyə Suriyada öldürülən Türkiyə kommunist partiyası/Marksçı-Leninçi terror dəstəsinin üzvü Nubar Ozanyanın adı verilib. Politoloq Arzu Nağıyev bildirir ki, bu Erməni millətçilərinin terror siyasətinin müasir dövrdə ortaya çıxan daha bir sübutudur.

bu terrorçu dəstənin başçılarından biri Masis Otayyaf Suriyanın Kamışlı, Haseke, Serekaniye, Dirbesiye və Amude kimi şəhərlərdə erməniləri bir yerə toplayaraq, hər gün onlara hərbi və ideoloji təlim keçdiklərini söyləyib. onların yerləşdiyi qərargahda 1982-ci ildə Türkiyəni Eseboğa bölgəsində 9 nəfərin ölümü, 72 nəfərin yaralanması ilə nəticələnən terror hücumunu törədən terrorçu asala qruplaşmasının üzvü levon ekmeçiyanın fotosu vurulub. Bildirilib ki, terrorçu PKK Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal altında saxlanılmasında Ermənistana dəstək verib, döyüşlərdə təcavüzkara yardım edib. Arzu Nağıyev bildirir ki, onsuz Qarabağ döyüşlərində erməni terror qruplarının iştirakı və insanlığa sığmayan vəhşiliklər törətməsi hamıya məlumdur. Ancaq bu qruplar onu da unutmamalıdır ki, əgər Azərbaycanın təhlükəsizliyinə hansısa təhdid yaranarsa ona adekvat cavab veriləcək.

Məlumatlarda qeyd olunur ki, Azərbaycana qarşı döyüşə getmək üçün ermənistana göndərilən terrorçular bomba və təxribat üzrə təlim görənlər arasından seçiliblər. PKK-nın təlimatlandırdığı ermənilərdən ibarət bu qrup "ağrı qartalları" adlanır. onlara livan karadağ, hemaran kerveçiyan və servet bagopşin adlı 3 terrorçu başçılıq edib. gələcəkdə ermənilərdən ibarət bu silahlı dəstənin "internasional tabor" adlanacağı gözlənilir.

© xezerxeber.az


482 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR