Bakıda ailə dramı: Arvadını bıçaqlayıb özünü dənizə atdı - VİDEO

24.04.2019 18:32

Bakıda həyat yoldaşı ilə mübahisə edən şəxs onu bıçaqlayıb. Arvadının öldüyünü düşünənkişidaha sonra intihara cəhd edib. Özünü dənizə atan şəxsi su polisi xilas edib. Yaralı qadını isə həkimlər.

Həyat yoldaşını bıçaqlayan şəxs onun ödüyünü zənnedib özünü dənizə atıb.

Hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəində baş verib. 37 yaşlı Natiq Dədəcanov ailə münaqişəsi zəmnində həyat yoldaşı 37 yaşlı Vüsalə Dədəcanovanı bıçaqlayıb.

Ağır yaralı olan qadını qonşular dərhal 3 saylı şəhər xəstəxanasına aparıblar. Həkimlərin vaxtında müdaxiləsi ilə qadının həyatını xilas etmək mümkün olub.

Həyat yodaşının öldüyünü zənn edən Natiq Dədəcanov Səbail rayonu ərazisində Dəniz vağzalı yaxınlığında özünü dənizə atıb. Su polisinin əməkdaşarı onu görən kimixilas ediblər.

İdarəyə gətiriləndən sonra həyatına qəsd etmək istəyən Natiq Dədəcanov törətdiyi ağır cinayət hadisəni də etiraf edib. Polis söhbət zamanı həmin şəxsə həyat yoldaşının xəsarət aldığını amma dünyasını dəyişmədiyini bildiriblər.

Qeyd edək ki, sonra Natiq Dədəcanov törətdiyi bıçaqlanma hadisənin istintaqının aparılması üçün su polisləri tərəfindən ərazi üzrə Xəzər Rayon Polis idarəsinə təhvil verilib.

© xezerxeber.az

FOTOQALERIYA






375 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR