Sürücü sərnişinlə dolu avtobusda siqaret çəkir... - VİDEO

21.04.2019 18:48

Nə qədər tənqid və cərimə edilsələr də, bəzi sürücülər yenə sərnişin dolu avtobuslarda siqaret çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, bir əlində siqaret olan sürücü içi sərnişinlə dolu olan marşrut avtobusunu idarə edir. Siqaretin tüstüsü avtobusun içinə yayılır və sürücü normal halmış kimi yoluna davam edir.

Görüntülər paytaxtın Nobel prospektində çəkilərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərilib. Vətandaş görüntülərin 46 sayılı marşrut avtobsunda lentə alındığını idda edir.

Sərnişinlər bellə halların hələ də baş verdiyini və bunun narahatedici olduğunu bildirirlər.

Sözügedən marşrut avtobusunun sürücüləri isə həmin şəxsi tanımadıqlarını bildiriblər. Xəttin dispetçeri isə siqarət çəkən sürücü ilə bağlı yalnız görüntülərə baxandan sonra açıqlama verə biləcəyini deyib. Amma görüntüləri göndərsək də, zənglərimizə cavab verən tapılmayıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentiliyinin sözçüsü Mayis Ağayev bildirib ki, bu kimi halların qarşısını almaq üçün Agentlik tərəfindən fevralın 1-dən etibarən kampaniya başladılıb. Odur ki, tütündən isitifadə edən avtobus sürücüsü barədə məlumat verən sərnişinlər mükafatlandırılır. Bu günə qədər 64 belə müraciət daxil olub və 46 sürücü cərimələnib. Amma bu kimi hallar hər keçən gün azalır.

Mayis Ağayevin sözlərinə görə, bu görüntü də araşdırılacaq və pozuntunu törədən sürücü qanuna uyğun formada cərimə ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






361 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR