Bakıda dəhşətli olay: İt azyaşlı uşağa hücum etdi - VİDEO

20.04.2019 19:44

Bakıda sahibsiz it 4 yaşlı uşağın üzünü dişləyib. İt uşağa küçədə oynayarkən qəfil hücum edib. Nəticədə it uşağa ciddi xəsarət yetirib. Bənzər hadisə Yevlaxda və Mingəçevirdə də olub.

Sahibsiz it küçədə oynayan uşağa hücum edib.

İt 4 yaşlı uşağın sağ üzünü dişləyərək qaçıb. Hadisə paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. Qismət Məmişov deyir ki,oğlu 4 yaşlı Hüseyn Məməmişovun küçədə uşaqlarla oynayarkən sahibsiz it ona hücum edib.

Qonşuların köməyi ilə üzündən ağır xəsarət alan uşaq dərhal 1 saylı kliniki tibbi mərkəzə aparılıb. Uşaq xəstəxanaya daxil olan kimi həkimlər onu dərhal əməliyyat ediblər. Hazırda uşağın vəziyyəti normaldır. Həkimlər uşağın həyatı təhlükəsinin olmadığını bildirilər.

Qismət Məmişov deyir ki, sözügedən qəsəbədə sahibsiz itlər həddindən artıq çoxdur. Bu səbəbdən də valideynlər uşaqların məktəbə özləri aparıb gətirirlər. İtlər nəzarətsiz uşaq görən kimi onlara hücum edir.

Yevlaxda və Mingəçevirdə də isə it yaşlı şəxslərə hücum edib.Rayonun Əkşəm kəndinə qonaq gedən şəhər sakini Kifayət Abdulkərimova itin hücumuna məruz qalıb. Özünü qorumağa çalışan qadın əl və ayaq nahiyəsindən xəsarət alıb. Xəstəxanaya çatdırlan 67 yaşlı qadına tibbi yardım göstərilib.

71 yaşlı Yolçu Bağırovu isə Mingəçevirdə həyətində it dişləyib. Müxtəlif xəsarətlər alan kişi xəstəxanaya çatdırlıb. Zərərçəkənə tibbi yardım götərilib. Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsin vəziyyəti normaldır.

© xezerxeber.az

FOTOQALERIYA






734 dəfə oxunub

XƏBƏRLƏR

20.07.2019 15:27

Qaradağda ev yanıb

ÇOX OXUNANLAR