Antimilli qüvvələr fürsət axtarır - VİDEO

20.04.2019 18:43

Azərbaycan inkişaf etdikcə onu nüfuzdan salmaq istəyən, dünyada qınaq obyektinə çevirmək istəyən daxili və xarici qüvvələrin sayı artır. Xüsusilə də beynəlxalq tədbirlər ərəfəsində bu cəhdlərçoxalır. Ona görə də bu il də Azərbaycana qarşı böhtan kampaniyalarının vüsət alacağını proqnozlaşdırmaq çətin deyil.

Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcəyindən ciddi narahat olan qüvvələrin ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəkləri gözlənilir. Onların məqsədi Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq, ölkədə ictimai narazılıq yaratmaqdır.

Millət vəkili Musa Qasımlı deyir ki, bu il azərbaycanın bir sıra ciddi tədbirlərə ev sahibliyi edəcəyini nəzərə alsaq bu kampaniyaların olacağını əvvəldən proqnozlaşdırmaq çətin deyil. Çünki onlar məhz bu ərəflərdəfəallaşırlar.

Millət vəkilinin sözlərinə görə ölkəmizə qarşı belə çirkin kampaniyaların heç bir siyasi,iqtisadi əsası yoxdur. Kimlərsə Azərbaycanda xaosun, iqtisadi problemlərin olduğunu iddia edə bilər. Amma ki, real mənzərə tamam başqadadır. Həyata keçirilən islahatlar ildən-ilə ölkənin nüfuzunu daha da artırır. Musa Qasımlının sözlərinə ölkədə uzun illərdən mövcud olan sabitlik uğurlarımızın əsas şərtidir.həmin anti milli qüvvələr məhz bu sabitliyi pozmaq istəyir.

Millət vəkili vurğulayıb ki, antimilli ünsürlərin fəallaşmasının əsas səbəblərindən biri Azərbaycanın müstəqil siyasət yürütməsi,kimlərinsə sifarişlərini yerinə yetirməməsidir. Belə ki, ölkəmizın yürütdüyü daxili və xarici siyasət xalqın maraqlarına xidmət edir.Nəticədə Son 15 ildə Azərbaycan iqtisadi cəhətdən güclü, özünü təmin edən, rəqabətədavamlı ölkəyə çevrilib.Mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılamsı ölkəmizin strateji mövqelərini daha da gücləndirib və bu tendensiya davam edəcək. Məhz bu inkişafın davamlı olmasından narahat olan qüvvələr beynəlxalq aləmin diqqətinin Azərbaycanda olmadığı məqamları fürsət bilir. Məhz bu ərəfdə qarayaxma kompaniyaları aparılır.

© xezerxeber.az


306 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR