Şəmkirdə dəhşətli qəza: Sürücü öldü - VİDEO

20.04.2019 18:50

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistralının Könüllü kəndindən keçən hissəsində baş verib.

Gəncə sakini, 31 yaşlı Vüsal Nağıyevin idarə etdiyi minik avtomobili qarşıdan gələn başqa bir minik maşını ilə toqquşub. Vüsal Nağıyev hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan 2 nəfər sərnişin - 32 yaşlı Nigar Hacıyeva və onun 6 yaşlı övladı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimallara görə, qəzaya yağmurlu hava şəraitində sürət həddinin aşılması səbəb olub.

© xezerxeber.az

FOTOQALERIYA






412 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR