PSJ-nin çempionluğu yenə təxirə düşdü - VİDEO

18.04.2019 15:50

Fransa I Liqasında 28-ci turdan təxirə salınmış oyun keçirilib.

Lider PSJ səfərdə "Nant"la qarşılaşıb. Paris klubu çempionluğu rəsmiləşdirmək üçün bu görüşdə qalib gəlməli idi. Lakin paytaxt klubu ötən tur olduğu kimi, bu dəfə çempionluğunu rəsmiləşdirə bilməyib. Tomas Tuxelin kollektivi oyunda 2:3 hesabı ilə uduzub.

"Nant" - PSJ - 2:3

Qollar: Dieqo Karlos, 22,Məcid Varis, 44, Dani Alveş, 52 (avtoqol) - Dani Alveş, 19, Metehan Güclü, 89

© xezerxeber.az


464 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR