Burak Özçivit və Fahriye Evcen oğlu ilə birlikdə - VİDEO

18.04.2019 14:14

Burak Özçivit həyat yoldaşı Fahriye Evceni və oğlu Karan Özçivit ilə birlikdə xəstəxandan çıxarkən paparatsilərin hədəfi olub.

Aktyorlar körpənin səhhətinin yaxşı olduğunu və çox gözəl hisslər yaşadığını bildirib. 

Jurnalistlərin suallarını cavablandırmayan cütlük avtomobilə minərək məkandan uzaqlaşıb.

Körpənin yatdığı uşaq arabasının üstünün örtülü olması diqqətdən qaçmayıb. İddia olunur ki, Burak Özçivit və Fahriye Evcen körpənin fotolarını Qətər reklam şirkətlərinə 2 milyon dollara satmağı düşünür.

Türkiyə mətbuatında çıxan xəbərlərə əsasən Burak doğuşun olduğu özəl xəstəxanada həyat yoldaşı ilə yanaşı ailə üzvləri üçün 50 min lirə qarşılığında bütün mərtəbəni bağlatdırıb. Fahriye Evcenin qaldığı palatanın bir günlük qiyməti 15 min lirə olub.//publika.az

© xezerxeber.az


468 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR