Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Futbolda dəşhət anları: hər iki ayağı sındı - VİDEO

16.04.2019 13:03

Afrika Çempionlar Liqasının 1/4 final mərhələsinin "Vidad" (Mərakeş) - "Xoroya" (Qvineya) matçında dəhşətli hadisə baş verib.

Qarşılaşmanın 85-ci dəqiqəsində komanda yoldaşı ilə toqquşan qonaq komandanın qapıçısı Kərim Ndiayenin iki ayağı da qırılıb. Həmin vaxt "Vidad" 5-ci qola imza atsa da, rəqib qapıçının düşdüyü vəziyyətə görə sevinə bilməyiblər. Onun vəziyyəti bütün stadionu göz yaşlarına boğub.

Hər iki ayağı qırılan Kərim Ndiaye xəstəxanaya aparılaraq əməliyyat olunub. Qolkiper uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. "Xoroya" klubu buna baxmayara onun mövsümün sonunda başa çatacaq müqaviləsini 3 illik uzadıb.

Fanat.Az

© xezerxeber.az


280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR