Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Problemli kreditlərlə bağlı kompensasiyanın verilməsinə başlanılır - VİDEO

15.04.2019 19:41

Bu aydan problemli kreditlər üçün hesablanan kompensasiyanın verilməsinə başlanılacaq. Adı indiyədək siyahıda çıxmayan vətəndaşlar isə bu gündən Maliyyə Bazarlarına Nəzarət Platasının saytina daxil olaraq onlara tətbiq ediləcək kompensasiya və güzəştlərlə bağlı məlumat ala bilərlər.

Xezerxeber.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Platası kompensasiyadan yararlanacaq bütün şəxslərin adlarını və məlumatlarını sistemə daxil edilməsini başa çatdırıb.

Palatanın idarə rəisi Tural Feyzullayev bildirir ki, vətəndaşlar bu gündən yenilənmiş məlumatları əldə edə bilərlər.

Adı sistemdə əks olunmayan vətəndaşların müraciətinə isə Maliyyə Bazarlarına Nəzarət Palatasında qanunda nəzərdə tutulmuş müddətdə baxılacaq. Vətəndaşlar adları siyahıda olmadığını müşahidə etdikdə krediti aldıqları banka da müraciət edə bilərlər.

Kompensasiyaların verilmə müddəti də artıq bəllidir.

Qeyd edək ki, dövlət başçısının fevralın 28-də imzaladığı fərmana əsasən, 10 min dollar və ya ona bərabər olan manat kreditlərinə görə vətəndaşlara kompensasiyanın verilməsi və digər güzəştlərin edilməsi tapşırılmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






817 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR