Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Şamaxıda süni gölün bəndi uçub, 70 tona yaxın balıq məhv olub - VİDEO

15.04.2019 19:49

Şamaxıda süni gölün bəndi uçub. Nəticədə yaxınlıqda yerləşən kəndlərə ciddi ziyan dəyib.

Xezerxeber.az-ın məlumatına görə, Acıdərə çayından qidalanan vətəgənin bəndinin uçması nəticəsində ətraf kəndlərin taxıl sahələrinə və meyvə bağlarına su dolub və kənd yolunu sel aparıb.

Qobustan rayonunun Təsi, Şamaxı rayonunun Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da su dağıdıb.

Göl sahibi Azər Bədullayevin sözlərinə görə, göldə yetişdirdiyi 60-70 tona yaxın müxtəlif növ balıqların hamısı tələf olub. O iddia edir ki, Bakı-Şamaxı-Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Məsələ ilə bağlı adı hallandırılan Türkiyənin "Kolin İnşaat Turizm Sanayi və Ticaret A.Ş." şirkətindən bildirilib ki, baş vermiş hadisənin yolda tikinti aparılması ilə heç bir əlaqəsi yoxdur: "Şirkətin işlədiyi yer ilə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox bir məsafə var. Bəndin aşmasına isə aprelin 13-də yağmış yağış səbəb olub".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






518 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR