Xəzər Xəbər

Bura muzey yox, çay evidir - Bərdədə unikal məkan - VİDEO

Veb TV | 19:32 • 26 Mart 2019
Bura muzey yox, çay evidir -

Bərdədə yerləşən bir çay evində minə yaxın qədim əşya var. Onların arasında müxtəlif silahlarla yanaşı, 2-3 əsrə yaxın yaşı olan Qarabağ xalçaları da yer alır.

Xezerxeber.az-ın məlumatına görə, bura hər hansı bir muzey yox, Bərdədə yerləşən çay evidir. Minə yaxın qədim əşyanın toplanıldığı çay evində insan bir anlıq özünü qədim dövrdə hiss edir.

Pulsuz olduğu üçün hamının marağına səbəb olan muzeyə bənzər çay evində şəkil çəkdirənlər daha çoxdur. Bu məkana Bərdə ilə yanaşı, ətraf rayonlardan da gələnlər var.

Rayona gələn xarici qonaqlar da bu çay evini görmək marağında olur.

Azərbaycanın musiqi korifeylərinin vallarının əşyalar arasında yer alması məkanı xüsusilə cəlbedici edir. Divarlardan asılmış ötən əsrin 50-60-cı illərinin fotoları da olduqca maraqlı görünür.

Domino və nərd kimi stolüstü oyunlar olmadığı üçün sakitliyi sevənlər bura üz tutur. Əvəzində isə qədimi radiolarda və vallarda klassik Azərbaycan mahnıları, muğamlar səsləndirilir. Qədimi əşyaları əldə etmək üçün böyük zəhmət çəkdiyini deyən məkan sahibi onların böyük hissəsini pulla aldığını bildirib.

Çay evinin sahibi bildirib ki, əsas məqsədi Azərbaycan tarixi və mədəniyyətini hər kəsə çatdırmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar