Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ağdamda piyada vurulub, Göyçayda isə minik avtomobili yanıb - VİDEO

26.03.2019 18:47

Ağdamda minik avtomobilinin piyadanı vurması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Ağdamın Əfətli kəndində baş verib.

Gündüz Əliyev idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili ilə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü İbrahim Abbasovu vurub.

Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə şöbəsinə göndərilib.

Göyçayda isə minik avtomobili yanıb. Hadisə şəhərin Natavan küçəsindəndə baş verib. Rayonun Şəkər kənd sakini Samir Şirinova məxsus minik avtomobili yolun kənarında dayandığı yerdə anidən alovlanıb.

Hadisə yerinə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb. Avtomobil isə tamamilə yanaraq yararsız hala düşüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR