Tikinti materialları bazarında canlanma yaranıb - QİYMƏTLƏR - VİDEO

25.03.2019 19:22

Havaların mülayimləşməsi tikinti bazarını canlandırıb.

Xezerxeber.az-ın məlumatına görə, tikinti materialları bazarında qış aylarından qalan durğunluq da artıq yekunlaşmaq üzrədir.

Satıcılar deyirlər ki, alıcılıq qabiliyyəti əvvəlki aylara nisbətən artsa da, qiymətlər demək olar ki, dəyişməz qalıb. Yalnız sementin qiymətində cüzi artım var. Bu məhsulun qiyməti 30-40 qəpik artaraq, 40 kq-ı 5 manat 50 qəpik ilə 6 manat 50 qəpik arasında dəyişir.

Taxtanın kubu isə 270 manata satılır.

Dam örtüklərinin qiyməti isə qalınlığı və istehsal edildiyi ölkəyə görə 4-15 manat arasında dəyişir. Ehtimal edilir ki, tələb artdıqca bəzi məhsulların qiymətində cüzi artım olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






361 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR