Bayram günlərində təcili tibbi yardıma müraciətlərin sayı artıb - VİDEO

25.03.2019 19:02

Bayram günlərində Bakıda təcili tibbi yardıma müraciət edənlərin sayı artıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Operativ hissənin böyük həkiminin sözlərinə görə, bayram axşamında təcili yardıma müraciət edənlərin sayında elə də ciddi artım olmayıb. Adi günlərdə 1800-1900 çağırış olurdusa, bayram günlərində bu rəqəm 2000-2100 arasında olub.

Həkim Gülarə Əliəşzadənin sözlərinə görə, adi günlərdə yüngül xəstəliyə görə insanlar poliklinikalara müraciət edirdilərsə, bayram günləri poliklinikalar işləmədiyindən bütün müraciətlər təcili yardım stansiyalarına ünvanlanıb. Bu günlərdə müraciətlər nə qida zəhərlənməsi, nə də tonqaldan tullanarkən yanıq xəsarəti ilə bağlı olub. Müraciət edənlər isə əsasən xroniki xəstələr, uşaqlar və yaşlılar olub.

Həkim Gülarə Əliəşzadə təzyiqi olan şəxslərə bu günlərdə bayram şirniyyatlarından az istifadə etməyi tövsiyə edir. Həkim onu da qeyd etdi ki, bayramda bişən yeməkləri bir neçə gün ard-arda yemək məsləhət deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR