Bakıda mağazadan pul oğurlayan qadın kameraya düşdü - VİDEO

25.03.2019 18:51

Bakıda bağ evlərini qarət edən şəxslər tutulub.

Xezerxeber.az-ın məlumatına görə, daxil olan çoxsaylı şikayət əsasında paytaxtın Sabunçu Rayon 42-ci Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxsləri saxlayıblar. Əməliyyat zamanı Maştağa qəsəbəsi sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev tutulublar. Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən 7 evdən əsasən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurladıqları məlum olub. Qeyd edək ki, oğurlanan əşyalar Mireyvaz Məmmədovun avtomobili ilə hadisə yerlərindən aparılıb. Həmin əşyaların bir qismi Sabunçu bazarında satılıb. Oğurluq malların satışından əldə edilən pul isə iki şəxsin arasında bölünüb. Oğurlanan əşyların qalan hissəsi isə saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb.

Paytaxtın Yasamal rayonu Yeni Yasamal yaşayış massivində isə gənclər binanın girişindən iki ədəd velosiped oğurlayıblar. Oğurluq anı ərazidə olan təhlükəsizlik kamerasına da düşüb. Görüntüdən aydın olur ki, gənclərdən biri binanın girişində durur. Digəri isə liftlə qalxaraq qapının yanında olan iki ədəd velosipedi götürüb liftə minir. Onlar dəyəri 600 manat olan velosipedləri əraziyə çağırdıqları "London taksisi"nə qoyaraq aparıblar. Zərəçəkmiş faktla bağlı 29-cu polis şöbəsinə müraciət edib. Polis görüntülər əsasında həmin şəxsləri axtarır.

Digər bir kadr isə paytaxtın Nizami rayonu metronun ''Neftçilər'' stansiyasıu yaxınlığındakı uşaq paltarı və oyuncağı satılan mazağalardan birində çəkilib. Orta yaşlı bir qadın Elxan Məmmədova məxsus mağazaya daxil olaraq güya oyuncaqlara baxır. O, kassada satıcının olmdığını görüb ora yaxınlaşır. Daha sona kassadan 350 manat pulu götürüb cibinə qoyur. Şübhə doğurmasın deyə bir qədər mağazada gəzən qadın daha sonra çıxıb gedir. Zərərçəkmiş mağaza sahibi deyir ki, o hadisə ilə əlaqədar polisə müraciət edib. Hazırda polis həmin qadının axtarışını aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






594 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR