Gəncədə yaşayan Əməkdar rəssam Mübariz Əkbərov həm Azərbaycan, həm də digər xalqlara məxsus qədim silahları çox dəqiqliklə hazırlayır. "Cavadxan" filmində istifadə olunan Gəncə xanının hərbi geyimi və qılıncı da onun əl işidir. Kiçik bir emalatxanada hazırlanan qılınc və xəncərlər beynəlxalq sərgilərdə də nümayiş etdirilib. Rəssam əl işləri sayəsində müxtəlif müsabiqələrdə qalib olub.
Xezerxeber.az-ın məlumatına görə, kolleksiyada "Beybut", "Yamən", "Kukri", "Şpaqa", "Saska" və digər silahları görmək olar.
Bu kolleksiyada həm Qafqaz, həm də dünya xalqlarının qılınc və silahları var. Azərbaycana məxsus itib-batmaqda olan nadir silah növlərini də Gəncədə yaşayan əməkdar rəssamın əl işləri arasında tapmaq mümkündür.
Bu sənət nümunələrinin hazırlanmasına bəzən 7-8 ay vaxt sərf edən Mübariz Əkbərov hazırladığı hər bir silahın adını, yaranma tarixini və kimə məxsusluğunu da dəqiqliyi ilə öyrənir.
Bu əl işlərinin arasında ərəblərə məxsus "Yamən", Nepala xas olan "Kukri" xəncərləri, Fransızların "Şpaqa"sı, İspan və İngilis xanımlarının istifadə etdiyi "Pika" və "Stilet" xüsusi diqqət çəkir. Onların əsas özəlliyi üzərlərinin milli ornamentlərlə bəzədilməsidir. Mübariz Əkbərov "Cavadxan" filmində istifadə olunan Gəncə xanının qılıncının da müəllifidir.
O, bədii metal işləmə sənətinin yaşaması üçün tələbə də yetişdirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib
ABŞ-da koronavirusa qarşı peyvənddən sonra ölənlərin sayı açıqlanıb
Bir həftədə Azərbaycanda COVID-19-a yoluxma sayı iki dəfə azalıb
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir - FOTO
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Dəhşətli hadisə 46 nəfərin həyatına son qoydu, yüzlərlə yaralı var
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Bu tarixdən kafe ə restoranlar işləyə biləcək - Operativ Qərargah
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra