Kişi həyat yoldaşını öldürmək üçün təyyarəni öz evinə çırpıb - VİDEO

24.03.2019 18:10

Botsvanalı kişi həyat yoldaşı ilə mübahisədən sonra təyyarəni öz evinə çırpıb.

Trend-in məlumatına görə, kişinin məqsədi həyat yoldaşını öldürmək olub.

"Eyewitness News" portalının məlumatına əsasən, mübahisə dünyaya gələcək uşağa həsr olunmuş yığıncaq zamanı baş verib. Mənbələrin məlumatına görə, kişi yoldaşı ilə kobud rəftar etdiyinə görə qonaqlar ondan yığıncağı tərk etməyi tələb ediblər. Yığıncağı tərk etdikdən sonra isə o təyyarəni öz evinə çırpıb.

Hadisə nəticəsində pilot ölüb. Digər insanlar isə vaxtında evi tərk etdiklərinə görə sağ qalıblar.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR