Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda milli pomidor sortları yetişdirilir - İLK DƏFƏ - VİDEO

24.03.2019 18:41

Azərbaycanda ilk dəfə olaraq milli pomidor sortlarının yetişdirilməsi həyata keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, ölkəmizdə Bənövşə, Şəlalə, Vətən, Şahin və onlarla yeni pomidor sortlarının yetişdirilməsinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yerli iqlimə uyğun pomidor sortlarının hibridləşdirilməsi aparılır. Burda dünyanın müxtəlif yerlərində yetişdirilən pomidorlardan seleksiya üsulu ilə keyfiyyətli toxum əldə edilir.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyevin sözlərinə görə, seleksiya üsulu ilə əldə edilən sortlar ilk olaraq yoxlamdan keçirilir. Məhsuldarlığı və xəstəliyə davamı yaxşı olan növlər qeydiyyata alınır və onların toxumları əldə edilir. Burda yetişdirilən pomidor növləri isə məhsuldarlığı ilə xaricdən alınan bahalı toxumları xeyli üstəliyir.

İnstitutda əldə edilən hər bir pomidor növü yerli və xarici bazarın tələbinə uyğun hazırlanır. Avropa ölkələrində geniş yayılan bir sıra pomidor növləri var ki, hazırda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bu növlərin də toxumları əldə edilir. Forması ilə fərqlənən bu məhsullar yerli bazarda satışda olmasa da, bir çox ölkələrdə alıcıların ən çox tədarük etdiyi məhsullardandı.

Elmar Allahverdiyevin sözlərinə görə, yaxın 3 il ərzində bazarın 15 faizindən çoxu burda əldə edilən toxumlar hesabına təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






685 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR