Bakıda faytonla gəzintiyə maraq artıb - VİDEO

24.03.2019 18:42

Havanın günəşli keçməsi və istirahət günü olması Bakının yeganə olan faytonuna da tələbi artırıb. Demək olar ki, hər gün Qız Qalasının qabağında dayanan fayton xüsusilə turistlərin və balacaların maraqına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, fayton həm turistlərin böyük maraqına səbəb olur, həm də bütün balacalar onunla səyahətdən böyük zövq alır. Neftçilər prospektində dayanan Bakının yeganə faytonuna istirahət günlərində böyük maraq olur.

Zamir Allahyarov bildirir ki, hava isti olduqda müraciət edənlərin sayı xüsusi ilə yaxşı olur. Əsasən də turistlər bu gəzintiyə üstünlük verir.

Faytonçu yay aylarında faytona daha bir at almağı planlaşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






319 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR