Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qəbələdə evdə partlayış baş verib, xəsarət alanlar var - VİDEO

24.03.2019 18:37

Qəbələdə qaz sızması səbəbindən evdə partlayış baş verib.

Nəticədə 2 nəfər xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gecə Qəbələnin Almalıq yaşayış massivində, Göyüşovlara məxsus fərdi yaşayış evində baş verib. Partlayışın gücündən evin dam örtüyü divarlardan aralanıb.

Hadisə zamanı ev sahibi, 47 yaşlı Araz Göyüşov və həyat yoldaşı, 38 yaşlı Esmira Göyüşova müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara lazımi tibbi yardım göstərilib, hazırda vəziyyətləri stabildir.

Esmira Göyüşovanın paytaxta, Respublika Yanıq Mərkəzinə göndərilməsi barədə qərar qəbul edilib. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR