Qubada güclü qar: uçqun yolları bağladı - VİDEO

21.03.2019 19:35

Quba Xınalıq yolunda yenidən qar uçqunu olub. Əraziyə 10-a yaxın texnika cəlb olunub. Aparılan işlər nəticəsində hazırda yolun 35-ci kilometrliyinədək avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Yolun qalan hissəsində təmizləmə işləri aparılır.

Ötən gecə Quba- Xınalıq yolu təmizlənsədə yenidən qar uçqunu baş verib.

Əsas qar uçqunu yolun 35-38-ci km-liyində qeydə alınıb.Uçqun nəticəsində qarın hündürlüyü 15 metrədən çoxdur. Hal hazırdada qartəmizləmə işləri gedir.

Qar səbəbindən Qrız, Cek, Əlik, Haput,Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayon mərkəzi ilə əlaqə kəsilib.Əraziyə texnikalar cəlb olunub.

Aparılan işlər nəticəsində hazırda yolun 35-ci kilometrliyinədək avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Yolun digər hissəsinin açılması istiqamətində işlər davam etdirilir.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR