Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Kimini dar ağacından asdılar, kiminin isə əllərini bağlayıb şallaq vurdular - VİDEO

21.03.2019 19:14

Cəbrayıl rayonundan olan məcburi köçkünlər novruz bayramını folklorumuzda yer alan qədim mərasimlərlə qeyd ediblər. Əməkdaşlarımız Cəbrayıllıların novruz bayramının mərasimlərini icra etdikləri mağarda olublar. Onların bu günə qədər yaşatdıqlarıqədim adət ənənə ilə tanış olublar.

Kimini dar ağacından asdılar, kiminin isə əllərini bağlayıb şallaq vurdular.

Görüntülər Cəbrayıl rayonunun Sirik kənd sakinlərinin keçirdiyi qeyri-adi Novruz mərasimindəndir. Bakının Yasamal rayonunda məskunlaşan məcburi köçkünlər bu bayramı özlərinə məxsus oyun və mərasimlərlə qeyd ediblər.

Sakinlər hər il oduğu kimi bu ildə bayrama bir neçə gün qalmış hazırlaşaraq mağar qurublar. Onlar mağardahəm əyləniblər, həm də xüsusi hazırlanan "padşah oyunu"-nda iştirak ediblər.

Simvolik olaraq şikayətlərə qulaq asan "Şah" vəziyyəti ədalətlə qiymətləndirib qərar çıxarır. Onun əmri ilə cəza verilən adamlar şallaqlanıb və ya kəndirə bağlanaraq "dar ağacı"ndan asılıb.

Cəbrayıllı məcburi köçkünlərin ən böyük arzusu gələn il Novruz Bayramını öz kəndlərində qeyd etməkdir.

© xezerxeber.az

FOTOQALERIYA






356 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR