Bakı
9 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Sakinlər yaxınlıqda dönmə yerinin olmamasından şikayətçidir - VİDEO

21.03.2019 19:04

Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün salınan kompleksdə yaşayan sakinlər yaxınlıqda dönmə yerinin olmamasından şikayətçidir. Sürücülərin sözlərinə görə buna görə onlardaha çox yol qət etməli olurlar. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, həmin əraziyə baxış keçiriləcək və araşdırma aparılacaq.

Yaşayış kompleksinə daxil olmaq üçün bir neçə kilometr məsafə qət etməli olurlar.

Söhbət Abşeron rayonu ərazisində Məcburi köçkünlər üçün salınan yaşayış kompleksinə dönən ərazidən ,daha doğrusu Bakı-Quba yoluna alternativ salınan yoldan gedir.Məcburi köçkünlərin yaşadığı kompleksə gedən sürücülər bu əraziyə dönmək üçün əlavə bir neçə kilometr yol gedirlər...Nəticədə də onlar,həm vaxt itkisi ilə qarşılaşırlar,həm də əlavə yanacaq işlətməli olurlar.

Bununla yanası həmin magistral yoldan Stansiya Sumqayıt ərazisinə dönməkdə mümkün deyil.Bu da sakinlərin narazılığına səbəb olub.Sakinlər bu yolda dönmə yerinin qoyulmasını istəyirlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Rüfət Quluyev "XəzərXəbər”ə bildirdi ki, qısa zamanda əməkdaşlar həmin əraziyə baxış keçirəcəklər və problemlə bağlı araşdırma aparılacaq.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR