Bayramda qəbir üstünə səməni aparmağın dinlə əlaqəsi var? - VİDEO

21.03.2019 18:27

Qəbirstanlığa ölən yaxınlarının məzarını ziyarət etməyə gedənlər özləri ilə səməni aparırlar. Hətta bəzən xonça və ya bayramda bişən şirniyyatları aparanlar da var. Bəs ilahiyyatçılar bu məsələyə nə deyir? Həqiqətən də ölən şəxslərin səməniyə, yaxud xonçaya ehtiyacı varmı?

Kimisi səməni qoyub, kimisi isə bayramda bişirilən şirniyyatlardan

Novruz bayramının ən böyük adətlərindən biri insanların vəfat etmiş yaxınlarının qəbrini ziyarətə getmələridir. Bu zaman qəbr ziyarətinə gələnlər özləri ilə novruz bayramının atributu sayılan səməni gətirirlər. Bu isə bir sual yaradır. Qəbirstanlığa səməni gətirmək düzgündürmü? Apardığımız sorğu zamanı insanlar bunun uzun illərin adəti olduğunu bildirdi.

İlahiyyatçı Ağa Hacıbəyli isə deyir ki, vəfat etmiş insanların maddi yox, mənəvi ehtiyacları var. Yəni qəbirlərin üzərinə səməni qoyulması tövsiyyə edilmir

İlahiyyatçı deyir ki, bunun əvəzinə dualar oxumaq məsləhətdir. Bununla ölən şəxsin ruhu mənəvi rahatlıq tapır.

İlahiyyatçı ölən şəxslərin məzarını təkcə bayramlarda yox, adi günlərdə də ziyarət etməyi tövsiyyə edir.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR